Bakıda əks yola çıxan avtomobil qəza törədib, xəsarət alanlar var - VİDEO

Bakının Səbail rayonunda avtoqəza baş verib, nəticədə 4 nəfər xəsarət alıb.
AzBaku,org ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.
Belə ki, Xanlar küçəsində “BMW” markalı avtomobilin sürücüsü əks yola çıxaraq, idarə etdiyi avtomobili yüksək sürətlə iki “Mercedes” markalı avtomobilə çırpıb. Nəticədə "BMW"-nin sürücüsü və sərnişini, eləcə də digər avtomobillərin sürücüləri xəsarət alıb. Onlar təcili 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəblərini Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.