Ağdamdan olan məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi toyuna dəvət edib.
Moderator.az xəbər verir ki, R.Rzayev aprelin 10-da yanğın baş verən Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məkunlaşdığı korpusuna baş çəkib, sakinlərlə söhbət edib.
Orada məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Dövlət Komitəsinin sədrini toyuna dəvət edib.
“Yaxın günlərdə toy mərasimim baş tutacaq. Sizi toya dəvət edirəm”, məcburi köçkün deyib.
R.Rzayevin dəvətə reaksiyası belə olub: “Toyuna çağır gəlim iştirak edim, mən səndən dəvətnamə gözləyəcəm”.