Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ətrafında qalmaqallar və gizli saxlanılmağa çalışılan, amma müxtəlif vasitələrlə davamlı olaraq ilginc informasiyalar mətbuata sızdırılmaqdadır. Bildiyimiz kimi, adıçəkilən idarədə uzun illər idi korrupsiya mexanizmi quran İmtahan və Qeydiyyat Şöbəsinin müdiri Hacımurad Abdullayev təqaüdə göndərildi. Ardınca isə həmin şöbə elə eyni adla idarəyə çevrilərək həmin idarəyə rəhbərliyi baş idarə rəisinin müavini, Hacımurad Abdullayevin işbaz ortağı Mübariz Şahbazov gətirildi. Bu iki şəxsin hal-hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə istintaqı aparılan ləğv edilmiş "MTN çetesi" ilə müxtəlif yaxın və isti əlaqələri olmasıartıq gizli saVəzifəyə gətirilən Mübariz Şahbazovun "MTN çetesi" ilə işbirliyi olubxlanılması mümkün olmayan informasiya olaraq dövriyyəyə buraxılıb. Cənab Şahbazov və himayədarları nə qədər cəhd etmələrinə rəğmən de fakto olaraq qarşısıalınmaz həddə çatan həqiqətlər qaranlıq dəhlizlərdə deyil, aydınlığa çevrildi. Bəli, özünü bəzən respublikamızın Cənub bölgəsinin Kumiri hesab edən Mübariz Şahbazovun ləğv edilmiş MTN ilə yaxınlığının da bəzi qaranlıq epizodlar üzərindən qurulmuş yaxın əlaqələrə istinad etsək əslində, bir çox mətləblərə və məqamlara rast gəlmək olar ki, bu da intihar etmiş MTN polkovnikinin bir vaxtlar qəzet manşetlərindən Şahbazovun əleyhinə dərc olunan tənqidi yazıların çıxarılmasına yönəlmiş zəhmət və jestləri ilə yadda qalır. Bəs görəsən, həmin mərhum polkovnikin Şahbazovu və hal-hazırda onun müavini vəzifəsində işləyən Müşfiq Rəhimovu "qara qüvvələr"dən qorumağın arxasında hansı MİLLİ MƏSƏLƏ dayanırdı? Bildiyim qədər həmin MÜHAFİZƏKAR ölkənin konstision qurluşunun müfafizəsi yetkisində idi, hansısa "mexanizmi"n başında dayanan çinovnikləri qorumağa yox...
(Mövzuya qayıdacağıq)