İmişlidə təhsil şefi vəzifəsi HƏRRACA CIXARILDI - Qiymət 140 min manat ...

AzBaku.org Xəbərci.infoya istinadən xəbər verir ki, İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov yaş həddinə görə vəzifəsindən azad olunub.

Onun yerinə hələlik təyinat yoxdur. Yerli mənbənin bildirdiyinə görə hazırda təhsil şöbəsini RTŞ müdirinin müavini Vahid Tağıyev idarə edir. İdarə edir deyəndə ki, iş-güc qalıb bir tərəfdə, müvəqqəti icracı Vahid Tağıyev isə şöbədə əsil bazar acıb. Hazırda müdürün kreslosuna göz dikən 10-a qədər namizəd arasında 'olüm- dirim' savaşı gedir. Bazarın rəhbəri isə Vahid Tagıyev cənabıdır.
Mənbə qeyd edir ki, rayonda hərraca cıxaılmış təhsil şefi vəzifə kreslosunun son dəyəri 140 min manatdır. Məbləq arta bilər.
Mənbə həmcinin RTŞ müdirinin müavini Vahid Tağıyevi yuxarıda, yəni təhsil nazirliyində KİMin 'riqirovka' etdiyini də acıqlayıb.
Araşdirma ararırıq. Bu və digər şok məlumatları yaxın saatlarda nəzərinizə catdıracagıq.
BİZİ İZLƏYİN!