Sumqayıt şəhər 9 saylı məktəbdə baş verən qanunsuzluğa nzirlik niyə susur?

Sumqayıt şəhər 9 Saylı məktəbdə qısa müddət əvvəl aparılan yoxlamalar nəticəsində aşkarlanan qanun pozuntuları kimlər tərəfindən nəyin müqabilində gizlədilməsi ilə bağlı sorğularımız davam edir. Təəssüflər olsun ki, Təhsil Nazirliyindən 9 saylı məktəbdə müvəqqəti direktor vəzifəsinin icraçısı barədə Sumqayıt şəhər Təhsil şöbəsinə Həqiqət Abdullayevanın vəzifədən uzaqlaşdırılması göstərişi verilməsinə baxmayaraq əmrin icrasını bir neçə saatlıq həyata keçirmək mümkün olub. Aldığımız etibarlı mənbələrin məlumatına görə, H.Abdullayev Kərəm Həsənovun himayəsində çalışan qardaşının yardımlarından istifadə edərək bəzi qurumlara təzyiqlər etdirməyədə müvvəffəq olmuşdur. Ulu öndər Heydər Əliyevin gözəl kəlamlarından bir olan “Şah qanun deyil Qanun Şahdır” misalı göründüyü qədər bu şəxslərə şamil edilə bilmir. Beləki, adı çəkilən məktəbin rəhbər vəzifəsini icra edən Həqiqət Abdullayeva öz əl atıları ilə hətta Bakunews.az-ı məhkəməyə verməklə hədələməkdədir. Nədəndirsə qanun pozan şəxslər məhkəmə orqanlarını öz səhf əmələrini təmizə çıxarmaq niyyəti ilə istifadə etməyin yollarını mükəməl öyrənməkdədirlər. Və qeyd etmək istərdik ki, məhkəmələrdə hər nə danışmağınızdan asılı olmayaraq ədalət hər zaman ədalətlilərin yanında olur.

Nazirliyin tapşırığı ilə sumqayıt 9 saylıda aparılan yoxlamalar nəticəsində küli miqdarda vəsait mənimsənilməsi və kobud şəkildə qanun pozuntuları aşkarlanmışdı. Buna baxmayaraq TN daxili Nəzarət şöbəsinin eks rəhbəri Kənan Quliyev lazımı tədbir əvəzinə yüngül töhmətlə direktor əvəzi H.Abdullayevi işində saxlamağa cəhd edib. Məktəb daxilindən üç nəfərin israrlı şikayətləri sonrası nazirlikdən Sumqayıt Təhsil Şöbəsinə xanımın işindən uzaqlaşdırılması tapşırığı daxil olub. Həmin gündə tapşırıq icra edilərək H.Abdullayeva işindən azad edildiyi xəbəri yayılıb. Ölkənin ən aparıcı xəbər portalarına müsahibə verən TŞ-nin əməkdaşı Oktay Nuriyev məlumatı təsdiqləyib. Bir neçə saat sonra isə H.Abdullayeva Sumqayıt şəhər icra başçısı ilə şəxən görüşərək yenidən qanunsuz olaraq vəzifə icrasını əlinə aldığıda verilən məlumatlarda yer almaqdadır. Şikayətçilər nazirliyə yenidən müraciət etdikdə isə aldıqları cavab qarşısında şok olublar. Nazirlikdən bildirilib ki, H.Abdullayeva işindən azad edilib onu müvvəqəti olaraq Oktay Nuriyev əvəz edir.

Bakunews.az daxil olan yeni məlumatlarda qeyd edilir ki, TŞ yeni müdirəsi H.Abdullayevanın qanunsuz əməllərinə göz yumağa məcbur edilməkdədir. Beləki, 9 saylı məktəbdə təhsil davamiyyətinin düşməsi artıq pik həddə çatıb. 10b sinif şagirdi Rəşidə Məmmədova illərdir adına qiymət yazılır amma azyaşlı ümumiyyətcə Azərbaycanda olmaması kobud şəkildə qanunların pozulmasından xəbər verməkdədir. Əvvələr məktəbdə yoxlama sırasında aşkarlanan ölü can şagirdlərin sayı 23 idisə ində bu rəqəm artıq 25 nəfəri keçib. Həmçinin qeyd etmək lazımdır ki, son zamanlar məktəblərdə azyaşlıların özlərinə qəsd etməsi və digər hadisələrin baş verməsi ilə əlaqədar Sevinc Fətəliyev adlı Riyasıyyat fənn müəlliməsi şagirdin dərsdə olmaması ilə bağlı H.Abdullayevaya xəbər vermişdir. Bu məlumatdan sonra Ülviyyə Zehri adlı ingilis dili müəlliməsi S.Fətəliyevə hücum çəkmiş və ona xəsarətlər yetirmişdir.

Onuda qeyd edək ki, Sevinc Fətəliyeva şikəst olan bir xanımdır. Ona qarşı törədilən bu əmələ məhz H.Abdullayevada seyirci qalmış dərsdə olmayan uşaqların adlarını çəkilməsi göründüyü qədər məktəbdə umummiyyətlə qadağan edilmişdir. Məlumat verən mənbə qeyd edib ki, Həqiqət müəllimə doğum günü üçün müəllimlərdən 50 azn məbləğində pul yığılması göstərişi verib. Imkanı olmayan 30 azn gətirib verənləri isə geri qaytararaq 50 azn gətirmələrini söylədiyi deyilir. Məktəb daxili narazılıqların artması isə TŞ heçdə narahat etmədiyi kimi Nazirliyədə bununla bağlı mütəmadi məlumat verilməsini Arzu Alızadə təmin etmir. Yanına gələn şikayətçi müəllimlər barəsində isə H.Abdullayevaya xəbər edir. Bu azmış kimi 1 saylı regional hesablaşma Mərkəzinin rəhbəri Elxan Süleymanova qarşı Həqiqət Abdullayevanın ittihamlarına isə rəhbər vəzifəli şəxs səsiz qalmağa üstünlük verib. Sükutu qorumaq özü ittihamla razı olmaq əlaməti olaraq qiymətləndirilməkdıdir.

Mövzuya yenidən qayıdacağıq.
bakunews.az