Azərbaycan Reallığı videomüraciəti paylaşdı, Mehriban Əliyeva dərhal reaksiya verdi - VİDEO

Bir neçə gün bundan əvvəl 12 yaşlı Leyla Nəsibova məhkəmə qərarı əsasında ailəsi ilə birlikdə evdən çıxarılmaması üçün Azərbaycan Reallığı səhifəsi vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etmişdi, bu məsələdə ailəsinə yardımçı olmasını istəmişdi.
Sözügedən videomüraciət qısa zamanda xeyli paylaşıldı, çoxsaylı izləyici auditoriyası qazamış oldu.

Azerbaycanrealligi.com-a 12 yaşlı Leylanın ailəsindən daxil olan məlumata görə Birinci vitse-prezident onun bu müraciətinə cavab verib. Belə ki, təcili olaraq onlara köməklik göstərilib, balaca Leyla və ailəsi evdən çıxarılmayıblar. Bununla bağlı, Leyla Nəsibova Birinci vitse-prezident Mehriban Əliyevaya göstərdiyi köməkliklə bağlı daha bir video çəkərək ölkənin birinci xanımına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

12 yaşlı Leyla Nəsibova həmçinin bildirib ki, videomüraciətdən sonra Heydər Əliyev Fondunun təsis etdiyi "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri onunla görüşüblər və ailəsinin problemləri ilə yaxından maraqlanıblar.