Xəbər verdiyimiz kimi, İsrailin paytaxtı Tel-Əviv şəhərində möhtəşəm şəkildə təşkil olunan, “Dare to Dream”dir (“Arzulamağa cürət et”) şüarı ilə keçən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb.
Oxu.Az, gərgin gecədən sonra finala vəsiqə qazanan 10 ölkənin – Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə, Malta təmsilçiləri təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.
Müsabiqədə ölkəmizi layiqincə təmsil edən Çingiz qalibiyyətinə inandığını dilə gətirib:
“Daxilimdə bir güvən hissi, inam var və bu, mənə çox böyük motivasiya verir”.
İkinci yarımfinal bitəndən sonra finalçıların finalda çıxış sırasını müəyyən etmək üçün püşkatma keçirilib. Püşk atmada Çingiz 20-ci nömrə altında çıxış edəcək.
Qeyd edək ki, ölkəmizi təmsil edən Çingiz Mustafayev mayın 18-də baş tutacaq böyük finalın ikinci hissəsində “Truth” mahnısını səsləndirəcək.