Sumqayıtda 7 nömrəli marşrut üzrə sərnişin avtobusunda yanğın baş verib. Hadisə avtobusun şəhərin Heydər Əliyev prospekti ilə hərəkəti zamanı qəfildən olub.
[quote][/quote]AzBaku.org publika.az-a istinadən xəbər verir ki, hadisə zamanı avtobusu idarə edən sürücü özünü itirməyib, vaxtında avtobusu saxlamağa müvəffəq və sərnişinlərin operativ şəkildə salonu tərk etməsini təmin edib.Dərhal hadisə yerinə cəlb edilən Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğını söndürüb və alovun digər hissələrə keçməsinin qarşısını alıblar.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.