İlham Əliyevdən icra başçıları üçün yeni tələb – Rəsmi qərar

Prezident İlham Əliyev bir sırar qanunvericilik aktlarına dəyişiklik edib.

AzBaku.org xəbər verir ki, dəyişikliklər “Məşğulluq haqqında” qanunun icrasını təmin etmək məqsədilə olunub.

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.8.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilib:

“4.8.2. əhalinin işlə təmin edilməsi və məşğulluq səviyyəsinin artırılması üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görmək.”.

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanlarda aşağıdakı dəyişikliklər edilib:

– həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.81-ci yarımbəndinə “dövlət əmlakının” (ikinci halda) sözlərindən sonra “, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda digər əmlakın” sözləri əlavə edilsin;

– həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə, 2.0.1-ci və 3.0.1-ci yarımbəndlərinə “dövlət əmlakının” sözlərindən sonra “, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda digər əmlakın” sözləri əlavə edilsin.

“Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanının 7.2.3-cü yarımbəndində “statusu almış vətəndaşlar” sözləri “kimi qeydiyyata alınmış şəxslər” sözləri ilə əvəz edilsin.