“WhatsApp”da yeni dələduzluq - Ehtiyatlı olun

Kibercinayətkarlıqla mübarizə üzrə mütəxəssislər “WhatsApp” istifadəçilərini ehtiyatlı olmağa çağırıblar.


Belə ki,bu şəbəkədə yeni dələduzluq növü peyda olub. Kibercinayətkarlar istifadəçilərə messencerin 10 illiyi münasibəti ilə pulsuz terabayt hədiyyə edilməsi barədə ismarış göndərirlər. Pulsuz terabaytdan istifadə etmək üçün istifadəçi verilmiş səhifəyə daxil olub, bir neçə suala cavab verməli və bu səhifəni 30 dostuna ötürməlidir.

ESET mütəxəssisləri müəyyən ediblər ki, sorğunu fişinq saytı həyata keçirir və istifadəçilərin şəxsi məlumatlarını əldə etmək məqsədi daşıyır. Fırıldaqçılar “Adidas”, “Nescafe” və “Rolex” kimi məşhur brendlərin adlarından təkliflər təqdim edərək, birdəfəyə bir neçə zərərli kampaniya həyata keçiriblər.