Bu gün Beynəlxalq Həkimlər Günüdür

Dünyanın bir çox ölkələrində hər il oktyabr ayının birinci bazar ertəsi Beynəlxalq Həkimlər Günü kimi qeyd olunur.


AzBaku.org məlumatına görə, bu gün bütün dünya həkimlərinin həmrəylik və birliyini nümayiş etdirir. Çünki həkimin əsas məqsədi istənilən millətdən olan pasiyentlərin sağlamlığını qorumaq və yaxşılaşdırmaqdır.

Bu bayramın yaradılmasının təşəbbüskarları Dünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi humanitar təşkilatıdır. Məhz bu müstəqil, qeyri-hökumət təşkilatı olan “Sərhədsiz həkimlər”in əməkdaşları insanlara milli və dini mənsubiyyətinə fərq qoymadan tibbi yardım edir, müxtəlif epidemiyaların, silahlı münaqişələrin və təbii fəlakətlərin qurbanlarına yardım göstərir. Həmçinin, könüllülər təşkilatı QİÇS və narkomaniya ilə mübarizəyə yönəlmiş profilaktik və maarifləndirmə işi ilə məşğuldur.