Bu gündə ölkəmizin idman sahəsində yarışlar mərhələli şəkildə həyata keçirilir. Belə ki,16.06.2019-cu il tarixdə ümummilli lider Həydər Əliyevin 96-cı il dönümü ilə əlaqədar, İşmayıllı rayonunda keçirilən açıq Azərbaycan çempionatlığı keçirilib. Keçirilən yarışda Respublikanın 17 rayon üzrə 24 klubunun 350-dən çox idmançısı iştirak ediblər. “WKC” idman növləri üzrə açıq Azərbaycan çempionatının keçirilməsində, karate federasiyasının Prezidenti Nurəddin Quliyev və 5 dan qara kəmər,beynəlxalq dərəcəli hakim Elşən Xamoyevin təşəbbüsü ilə həyata keçirilmişdir.
Keçirilən yarışda “Əlincə” karate kulubunun fəal üzvi, əslən Cəbrayıl rayon Horovlu kənd sakini Əlizadə Rüstəm Seymur oğlu 14-15 yaş üzrə 70 çəki hesabında 2-ci yeri tutaraq qələbə qazanmışdır. Gənc Əlizadə Rüstəm Seymur oğlunun ilk yarışında böyük qələbəyə imza atdığı üçün DogruXeber.az kollektivi olaraq onu təbrik edirik. Ümüdvarıq ki,gələcəkdə gənc Rüstəm Əlizadənin qələbə sədaları xarici ölkələrdən duyulacaqdır.


