Əhməd Əhmədzadənin İmişlidə himayə etdiyi daha bir məmurun Səidə Sulan SEVDASI

İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov 2017-ci ilin martın 8-də, yəni doğum günü, 50 illik yubileyini paytaxtın ən prestijli restoranlarından birində - “ALTUN” sarayda xüsusi təmtəraqla qeyd edib. Tədbiri müğənni Səidə Sultan idarə edib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeçiliyində fəaliyyət göstərən Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudovun vərəsəlik hüququna əsasən atasına qarşı qaldırıdığı məhkəmə iddiası Əhməd Əhmədzadənin rəhbərlik etdiyi təşkilatı yenidən medianın gündəminə gətirdi. Ərazisinin 75 %-i işğala məruz qalmış bir rayonun – Ağdamın Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudovun məhkəmədə qaldırdığı iddiasına əsasən atasına məxsus paytaxtın “Varovski” adlanan ərazisində altı villa, xarici markalı bahalı avtomobilllər, bir neçə avtomobil təmiri servisləri, Bakı şəhərində yerləşən “Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda fəaliyyət göstərən “Araz” şadlıq saraylarından özünə düşən əmlakdan qanuni pay istəyir. Elşən Behbudovun hüquqlarını müdafiə edən vəkili Müşfiq Mehdiyev bu faktl təsdiq edib və hazırda prosesin Ağdam rayon məhkəməsi tərəfindən aparıldığını bildirib. Əslində Mirzalı Behbudovun dövlət görəvlisi olmadan iş adamı statusu ilə fəaliyyət göstərməsi ictimai diqqəti bu qədər də öz üzərinə cəlb etməzdi. Lakin o dövlət görəvlisdir. Həm də ərazisi i.ğala məruz qalmış rayonun dövlət görəvlisi. Belə olan təqdirdə media olaraq diqqətimizi çəkən bəzi məqamlar oldu. Və bu qurumla - Meliorasiya və Su Təsərrüfatı ASC-nin tərkibində fəaliyyət göstərən müəssisələrlə bağlı araşdırma aparmağa qərar verdik. Bir müddət öncə mətbuatda Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovla bağlı da oİduqca ilginc məlumatlar dərc edilmişdi. Məlumatda qeyd edilirdi k, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov 2017-ci ilin martın 8-də, yəni doğum günü, 50 illik yubileyini paytaxtın ən prestijli restoranlarından birində - “ALTUN” sarayda xüsusi təmtəraqla qeyd edib. Şou-biznes nümayəndələrinin, klounların da iştirak etdiyi yubiley tədbiri süfrədəki bahalı içkilər, təamlar və kütləviliyi ilə seçilib. Əslində hər – hansı Azərbaycan vətəndaşının öz ələmətdar gününü ölkə qanunlarının icazə verdiyi formada, istədiyi məkanda, istədiyi şəxslərlə keçirməsində qanunazidd heç nə yoxdur. Lakin bizim media olaraq məsələyə daha həssas yanaşmağımıza səbəb İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun mənsub olduğu partiyanın sədri və ölkə başçısının: "Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr - bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir" – göstərişinə əməl etməməsidir. Əcabə görəsən nə baş verir ki, bir əyalət məmuru ölkə başçısının iradəsinə qarşı çıxır? Və ya görəsən Nizami Məmmədovu buna sövq edən kimdir? Həmin “o kimsə” ölkə başçısından dahamı qüdrətlidir?

Bəs İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev Prezident iradəsinə qarşı çıxan Nizami Məmmədovla bağlı nə düşünür? Və ya Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə üçün Nizami Məmmədov bu qədərmi əvəzolunmazdır? Bəlkə bu şəxsin Azərbaycan dövlətinə, elminə verdiyi töhvə o qədər böyükdür ki, İmişli Suvarma Sistemləri idarəsinin rəisi artıq bu şəxslər üçün vazkeçilməzə çevrilib? Əslində ilk təssürat Nizami Məmmədovun həm Vilyam Hacıyev, həm də Əhməd Əhmədzadə üçün vazkeçilməz olduğu qənaətini yaradır. Təəssüflər olsun ki, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də hələ ki, bu məsələnin hüquqi tərəfini araşdırmağa tələsmir. Nizami Məmmədov isə istər tabe olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-nin, istərsə də İmişli rayon İcra Hakimiyyətinin rəhbərliyinin bu laqeyidliyindən yararlanmaqdadır. Paytaxtın Balaxanı qəsəbəsində villaya, “Gənclik” metrosuna yaxın ərazidə mənzilə, İmşlidə böyük mülkə, İmişlidən Beyləqana gedən istiqamətdə şəxsi beton zavoda, mebel sexinə, çoxlu sayda yer qazan, beton qarışdıran texnikaya, bahalı avtomobillərə sahib olan bu şəxsdən görəsən nə vaxtsa, kimsə soruşacaqmı: Bir dövlət görəvlisi aldığı əmək haqqı ilə bu qədər əmlaka necə sahiblənib? Əslində soruşacaq o şəxsin və ya şəxslərin İmişli rayon İcra Hakmiyyətinin başçısı cənab Vilyam Hacıyevin və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadənin olmayacağı qənaətindəyik.

Azbaku.info xəbər verir ki, Martın 8-də, paytaxtdakı “ALTUN” sarayda İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun 50 illik yubileyindən çəkilmiş videodan görünür ki. İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov 50 illik yubileyində özünü kiçik padşah olaraq hiss edir. Əks halda səhnədə quraşdırılmış tabloda “Nizami 50 yaş, təbrik edirk” və s. məxsusi şüarlar, ölkə şou – biznesinin nümayəndələri, o cümlədən Səidə Sultan Nizami Məmmədovun yubiley tədbirini bəzəməzdi. Onu da qeyd edək ki, Nizami Məmmədovla bağlı araşdırmalarımız zamanı onun yaxınlarının, konkret övladlarının da gecə həyatları və avtoşluqları ilə bağlı çoxsaylı video və şəkillər də əldə etdik. Zaman – zaman həmin materialları da təqdim edəcəyik.

ANONS:

1. Özünə təmtəraqlı yubiley keçirməsindən cəmi 88 gün sonra Nizami Məmmədov “Tərəqqi” medalı ilə təltif edildi.
2. Yubley tədbiri ilə bağlı videogörüntülərdən sonar Nizami Məmmədovun Vilyam Hacıyevə cavabı.
3. Nizami Məmmədovun xırdabuynuzlu heyvan bəslədiyi fermasını kim, nə üçün aldı?
4. İmişli Suvarma Sistemləri idarəsinin rəisi 49 yaşını paytaxtın hansı şadlıq evində keçirdi?
5. Nizami Məmmədovun oğlu Sabir Məmmədlinin gecə həyatı.
6. Rəis oğlu paytaxtda dövlət əhəmiyyətli binanın qarşısında avtoşluq edir – video
7. Sabir Məmmədlinin bahalı içki və qəlyan sevdası.
8. Nizami Məmmədovu kim və nə üçün qoruyur?
Və s.

Araşdırmalarımız davam edir.
Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

AzBaku.info