PREZİDENT VİLAYƏT EYVAZOVU DAXİLİ İŞLƏR NAZİRİ TƏYİN ETDİ

Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.


AzBaku.org xəbər verir ki, sərəncama əsasən, Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev digər sərəncamı ilə Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edib.

Prezidentin başqa bir sərəncamı ilə Daxili işləır nazirinin birinci müavini Vilayət Eyvazov Daxili işlər naziri təyin edilib.