Özünü Azərbaycanda müxalifətin lideri hesab edən Əli Kərimlinin xarici informasiya agentliklərinə verdiyi müsahibələrdə söylədiyi sözlərin hamısı qeyri-səmimi, reallıqla əlaqəsi olmayan, onun iç üzünü ictimaiyyətə göstərən sözlərdir. Belə sözlərlə o, azərbaycan hakimiyyəti və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə haqlı olaraq formalaşmış müsbət rəyi hər vəchlə qaralamağa çalışır.
Əlbəttə bunun məntiqi başa düşüləndir. Bugün hakimiyyətin istər daxili və istərsə də xarici siyasətdə qazandığı uğurlar özünü müxalif hesab edən insanların siyasi cəhətdən iflasını daha da dərinləşdirir. Cəmiyyətin dinamikasından geridə qalan bu insanlar ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşırlar. Məntiqi nəticə kimi daimi müxalifət belə ola bilməyən siyasi opponentlər bu titullarını da itirmək və dolayısı yolla ermənipərəst qüvvələrin ötürdüyü maliyyə resurslarından da məhrum olmaq təhlükəsi qarşısında qalırlar.
Möhtərəm Prezidentimizin diqqət və qayğısının nəticəsidir ki, bugün respublikamızda sağlam düşüncəli, milli-mənəvi dəyərlərə sadiq, hər cür yeniliyə açıq gənclik formalaşıb. Təsadüfi deyil ki, siyasi opponentlərimizin ətrafında öz istedadı, intellekti ilə seçilən, ali məktəblərdən məzun olan gənclər demək olar ki, yoxdur.
Möhtərəm Prezidentimiz Ulu Öndərin siyasi kursunu davam etdirərək gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində tahsil almasını təmin etmək, ali təhsil sistemimizin beynəlxalq rəqabətliliyinin artırılması məqsədilə dəfələrlə Dövlət proqramı, sərəncamlar imzalamışdır. Belə sərəncamlardan biri də Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamıdır ki, bu sərəncamla təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16 min vahid artırılmışdır. Sərəncamda təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 31 faizdən 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması məsələsi də qeyd olunub.
Bu o deməkdir ki, 2019-2020-ci tədris ilində ali məktəblərə dövlət sifarişli yerlərin sayı artacaq. Yəni hazırda 45 min plan yerinin 13 mini dövlət sifarişlidirsə, 2019-cu ildə bu rəqəm 12 min artaraq 25 min olacaq.
Tələbələrin təqaüdlərinin artırılması, bir neçə gün əvvəl, 18 iyun tarixli sərəncamla minimal əmək haqlarının 250 manata çatdırılması İlham Əliyev siyasətinin insanlarımızın rifahının, sosial vəziyyətinin daim yaxşılaşdırılması istiqamətində olmasını bir daha gözlər önünə sərir.