Oxu.Az xəbər verir ki, hadisə Vaqif prospektində, Rixard Zorge adına parkın yaxınlığında baş verib.
“Mercedes” markalı minik avtomobili prospektlə hərəkətdə olarkən qarşısına “VAZ 2107” markalı minik maşını çıxıb.
Nəticədə “Mercedes”-in sürücüsü idarəetməni itirərək “VAZ 2107” ilə toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü Əhmədov Ceyhun Hakim oğlu və 1991-ci il təvəllüdlü Həşimov Ümid Natiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.




