Neftçalada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrində, Neftçala rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Range Rover” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb. Nəticədə, 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Kərimov və 1959-cu il təvəllüdlü Ramazan Hüseyn oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan biri - Ramazan Zeynalov “Hacı Mazan” ləqəbi ilə tanınan iş adamıdır.
Faktla bağlı araşdırma aparılır.