Etibar Pirverdiyevi bitirən gün

Azərbaycanda yaranan enerji böhranının bir ili tamam oldu.

“Yeni Sabah” xəbər verir ki, ötən il iyulun 3-də Mingəçevirdəki Azərbaycan İES –də baş verən qəza nəticəsində ölkənin bütün enerji sistemi çökmüşdü.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanmışdı.Nəticədə ölkə boyu bir çox ərazinin elektrik enerjisi ilə əlaqəsi kəsilmişdi. Bir neçə saat sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, yenidən qəza baş vermisdi.

İkinci qəza iş saatının sonlarına təsadüf etdiyindən, minlərlə adam metroda qalmışdı. "Bakı Metropoliteni"nin rəhbərliyi 30 minə yaxın sərnişini evakuasiya etmiş və metronun fəaliyyətini dayandırmışdı.

İşıq böhranı nəticəsində Bakının bir çox yerində əhali su problem ilə üzləşmişdi. Həmçinin maliyyə-bank sektorunda, tibb müəssisələrində ciddi fəsadlar baş vermişdi.

Məhz bundan sonra Prezident yanında bununla bağlı toplantı keçirilmişdi.

Ekspert Osman Gündüz həmin böhranı xatırlayaraq bildirir ki, müşavirədə Prezident bu sahəyə böyük vəsaitlər ayrılmasına baxmayaraq, yetərli nəticələrin olmaması, bölgələrdə tikilən 30 elektrik stansiyasının nə üçün işləməməsi, bir nöqtədə baş verən qəzadan bütün ölkənin enerji sisteminin nə üçün çökməsi ilə bağlı məsul şəxslərdən hesabat tələb etmişdi.

Bundan sonra uzun illər Azərenerji rəhbəri olan Etibar Pirverdiyev vəzifəsini itrimiş və "Azərişıq" in rəhbəri Balababa Rzayev Azerenerji rəhbəri təyin edilmişdi.

Hazırda qarşıda duran sual ondan ibarətdir ki bu böhran bir də təkrarlana bilərmi?

O. Gündüz cari ilin əvvəli Azərenerji beynəlxalq auditin də iştirakı ilə ciddi araşdırmaların aparıldığını və Reabilitasiya Proqramının icrasına başlandığını bildirib: “Bundan sonra Bakıya alternativ xətlərin çəkildiyi və yeni güclərin bərpa edildiyi bildirilir. Tender elan olunacağı və və SCADA-nın tamamilə yenidən qurulacağı elan olunub. Büdcədən bu məqsədlə xeyli vəsaitlər ayrılıb.