Rusiya Azərbaycanlıları İttifaqının qətiyyətli addımlarından sonra MeqaFon şirkəti bir daha belə bir addım atmaz-VİDEO

Bu günlərdə Rusiyanın ikinci böyük mobil operatoru sayılan MeqaFon şirkətinin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağı xidmət ərazisinə daxil etməsi və onu müstəqil dövlət kimi göstərməsi cəmiyyətimizdə haqlı narazılığa səbəb oldu. Xüsusilə, şimal qonşumuzda fəaliyyət göstərən diaspor təşkilatlarımız baş vermiş ədalətsizliyə qarşı öz kəskin mövqelərini ortaya qoydular. Başda Rusiya Azərbaycanlıları İttifaqı olmaqla Rusiyada fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan təşkilat və cəmiyyətləri şirkətdən qısa zamanda öz səhvini düzəltəyi təlıb etdilər və MeqaFon ard-arda ona ünvanlanmış etirazlar, bəyanatlardan sonra geri çəkilərək Dağlıq Qarabağı xidmət xəritəsindən çıxardı. Həmçinin şirkət Azərbaycan tərəfindən rəsmi olaraq üzr istədi.


Baş verən məlum hadisə və Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bu olaya operativ reaksiya bildirməsi, eləcə də əldə edilən nəticəyə Real TV-nin canlı yayımında aydınlıq gətirən Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov deyib ki, əslində bununla müəyyən maraqlı qüvvələr Rusiya ilə Azərbaycan arasında problemlər, ziddiyyərlər yaratmağa çalışırlar. Bu addımın Rusiyanın da maraqlarına zidd olduğunu deyən Anar Həsənov müsahibı zamanı bəzi məqamlara da aydınlıq gətirib.

"Bu vacib məsələ sosial şəbəkələrdə müzakirə edildikdən sonra Rusiya Azərbaycanlıları İttifaqı operativ şəkildə öz bəyanatını verdi. RAİ ilə bərabər Rusiyada fəaliyyət göstərən digər təşkilatlar da bəyanat verdilər və bu məsələdə bir vəhdət yarandı. Azərbaycanlılar bu vacib məsələdə bir yerdə oldular. MeqaFon şirkətinə telefon zəngləri oldu. Həmçinin Rusiya azərbaycanlılarının bir qrupu MeqaFon şirkətinə gedərək şirkət rəhbərliyindən bu ədalətsizlik, haqsızlığıa aydınlıq gətirilməsini tələb etdilər. Bununla Rusiya Azərbaycanlıları İttifaqı olaraq istədiyimizi əldə etdik. MeqaFon şirkətinin rəhbərliyi rəsmən üzr istədi və Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi göstərildi".

Anar Həsənov MeqaFon şirkəti ilə bağlı maraqlı bir məqamı da açıqlayıb:

"Bizdə olan məlumata görə, MeqaFon şirkətində erməni əsilli məsul şəxs var".

RAİ təmsilçisinin sözlərinə görə, MeqaFonun məlum yalnış addımı iqtisadi maraqlardan da irəli gələ bilər. Ancaq sözügedın məsələdə erməni barmağının olduğu da istisna edilmir:

"Çünki bu birinci belə bir hal deyil. Ancaq hesab edirəm ki, Azərbaycan diasporu, Rusiya Azərbaycanlıları İttifaqının qətiyyətli addımlarından sonra MeqaFon şirkəti bir daha belə bir addım atmaz. Çünki bu, ilk növbədə Rusiya ilə Azərbaycan arasında imzalanmış dostluq, tərəfdaşlıq müqaviləsinin pozulmasıdır. Bu Rusiyaya qarşı diversiyadır. Əslində bunu edənlər Rusiyanı sevməyən insanlardır. Biz də vətəndaş cəmiyyətinin üzvü olaraq buna qarşı təpkimizi bildirdik. Hesab edirəm ki, belə məsələlərdə laqeyid olmaq olmaz. Mübariz olmaq lazımdır. Rusiya Azərbaycanlıları İttifaqı da öz mübarizliyini göstərdi".
Qeyd edək ki, RAİ mətbuat xidmətinin rəhbəri ilə geniş müsahibəyə aşaöıdakı linkdən baxa biulərsiniz.
İnqilab