Toyda kütləvi zəhərlənmə ilə əlaqədar kriminalist ekspertlər cəlb olunub

Şirvanda toy məclisində baş vermiş insidentlə bağlı hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb olunub. Kütləvi zəhərlənməyə səbəb olmuş vasitələrdən nümunələr götürülüb.


AzBaku.org APA-ya istinadən məlumatına görə, yaralıların sayı 19 nəfərdir. Onlardan 13 nəfəri qadın, ikisi isə azyaşlıdır.
Hazırda zəhərlənmiş şəxslərə Şirvan və Hacıqabul xəstəxanalarında tibbi yardım göstərilir.

**

Şirvan şəhərində kütləvi zəhərlənmə olub.
Hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 14 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır.