İmzamı tanıyan oxucularım ölkə ərazisində fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa edən yazılarımla zaman-zaman tanış olublar. Belə məkanları yaradan və insan mənəviyyatını, əxlaqını, həyatını hərraca qoyan Mehman Həsənovla da bağlı silsilə yazılarım oxucylarıma məlumdur. Lakin mən haradan bilə bilərdim ki, Mehman Həsənov və onun kimi qanunsuz əməllərlə məşqul olan kəslərin cinayət tərkibli hərəkətləri bəzi məmurlar üçün "qanuni hall" hesab edilə bilər. Bu qənaətə gəlməyim heç də səbəbsiz deyil.
İnsan alveri ilə bağlı yazılarım sonunda məni "edam kötüyü"nə gətirəcəyini bilməyim üçün gərək ki, kimlərinsə və ya hansısa məmurunsa "siyasi maraq"larına toxunduğumu nəzərə almalı idim.
Çox təəssüf, bilmədim!
Mən bir Azərbaycan vətəndaşı olmaqla yanaşı, eyni zamanda bir jurnalistəm. Dövlət hüquq mühafizə orqanlarının bəzi məmurları eləcədə Baş Prokurorluğun İddiham İdarəsinin "prokuroru" Orxan Kəngərli, Bakı Ağır Cinayətlərə Dair Məhkəməsinin Hakimi E.Mikayılovdan haqqımda "ədalətli" hökm tələb etməklə məni getdiyim "yalnış" yoldan geri qaytarmağa çalışırlar.
Qeyd edim ki, mən və jurnalist Mirkənan Seyidovla bağlı son məhkəmə prosesimiz 25 iyul 2019-cu il saat 17:00 tarixində keçiriləcək.
Möhtərəm Prezident!
Qələmə aldığım yuxarıda bəhs etdiyim yazılarımla dövlətin qanunlarını "pozub" xalqıma "hörmətsizlik" etdiyim üçün dərin vicdan əzabı "çəkirəm" və məni bağışlamağınızı rica edirəm.
©/Cəlal Ələddinoğlu İnfoPlyus.Tv/
@infoplyus.tv#infoplyus#azerbaycan#aztagram