Halı pisləşən şəxsi patrul avtomobilinə qoyaraq xəstəxanaya çatdırırlar
Bakının Qaradağ rayonu ərazisində yol polisləri halı pisləşən piyadanın həyatını xilas ediblər. Avtosfer.az xəbər verir ki, yolu keçmək istəyən zaman yaşlı kişinin halı pişləşib və o magistral yolun ortasında yıxılıb. Bu zaman avtomobildən düşən bir şəxs ona yaxınlaşır, kömək etmək istəyir. 99 YP 258 dövlət nömrə nişanlı YPX avtomobildə xidmət aparan Qaradağ rayon DYPŞ-nin əməkdaşları hadisə yerinə yaxınlaşır.
Onlar halı pisləşən şəxsi patrul avtomobilinə qoyaraq xəstəxanaya çatdırırlar. Bütün bu görüntülər vətəndaşlardan birinin avtomobilində quraşdırılmış videoqeydiyyatçının yaddaşına düşür.
Görüntüləri təqdim edirik: