Aztəminatlı ailədən olan 250 nəfərə pulsuz müayinə və müalicə – Foto

29 iyul 2019-cu il tarixində Bakı şəhərində "SAF Həyat Naminə" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qəsəbə və kəndlərdə aztəminatlı ailələrdə yaşayan, göz xəstəliklərdən əziyyət çəkən insanların pulsuz müayinə və müalicəsini təşkil etmək üçün səyyar xidmətin təşkili" adlı layihə üzrə yekun tədbir - dəyirmi masa keçirildi.


Birlikdən verilən məlumata görə keçirilən dəyirmi masada layihənin icrası ilə bağlı yekun mərhələ və nəticələr ətraflı müzakikrə olundu. Layihə rəhbəri Dinara xanım yekun nəticələr haqqında məlumat verərkən qeyd etdi ki, layihənin icrası müddətində 3 rayon üzrə (Saatli, Sabirabad, Bilasuvar) göz xəstəliklərindən əziyyət çəkən 250 nəfər aztəminatlı ailələrdən olan insanlara (uşaqlar, yaşlılar) müayinə və müalicə səyyar xidmətlər təşkil olunub, həmçinin ehtiyacı olan şəxslər optik eynəklərlə də təmin olunublar. O da qeyd olundu ki, göstərilən təmənnasız xidmətlər oftalmoloq- həkimlər tərəfindən həyata keçirilib.
Dəyirmi masa ətrafındakı müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının şura üzvü və katibi Nərgiz Xələf, QHT rəhbərləri, Bələdiyyə üzvləri, məktəb və peşə təhsili müəssisələrinin əməkdaşları, könüllü gənclər , KİV nünayəndələri iştirak ediblər. Dəyirmi masa iştirakçıları layihənin önəmini və aztəminatlı ailələrə göstərilən bu aksiyanı təqdir etdilər. Çıxış edənlər belə önəmli və faydalı layihələrin davamlı olmasını xüsusilə qeyd etdilər.

Aztəminatlı ailədən olan 250 nəfərə pulsuz müayinə və müalicə – Foto
Aztəminatlı ailədən olan 250 nəfərə pulsuz müayinə və müalicə – Foto