Ziya Məmmədov namaza başladı

Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov ibadətlə məşğuldur. Sonuncu Ramazan ayında oruc tutan sabiq nazir, həmçinin mütəmadi olaraq Quranı mütaliə edir, namaz qılır.

“AzBaku.org ” xəbər verir ki, bu barədə Qaynarinfo-ya Z.Məmmədova yaxın mənbələrdən məlum olub.

Keçmiş nazirin mütaliə dairəsi, sadəcə, müsəlmanların müqəddəs kitabını oxumaqla tamamlanmır. Onun bədii əsərlərə marağı da böyükdür. Sabiq "nəqliyyat şefi" xüsusilə poeziya həvəskarıdır və ara-sıra özünün də şeirlər yazdığı deyilir.

Xatırladaq ki, hazırda 67 yaşı olan Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsini itirdiyinə dair iddialar dolaşır.