Üzmək üçün Kürə getdi, FHN indi onu axtarır - YENİLƏNİB

Kür çayında batan şəxsin kimliyi məlum olub.


Kür çayının Varvara kəndindən keçən hissəsində üzərkən batan şəxs Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Nəsib Maarif oğlu Nəsibzadədir.

Batan şəxsin axtarışları davam etdirilir.

09:15

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək
oxu .az