ABŞ-ın Texas ştatında dəhşətli hadisəsi baş verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, El Paso rayonunda yerləşən ticarət mərkəzlərinin birinə girən əlisilahlı ətrafa atəş açağa başlayıb.
Əlində silah tutan 21 yaşlı şəxs səbəbsiz yerə insanları güllələməyə başlayıb. Hadisə nəticəsində 20 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
Daxil olan məlumata əsasən dərhal əraziyə polis yeridilib. Polis silahlı şəxsi tutub.
Hadisə barədə ölkə ABŞ rəhbəri Donald Trampa da məlumat veriblər. Tramp baş verən hadisəni şəxsən izlədiyini bildirib.