Braziliyanın yeddi bölgəsində yerləşən 34 həbsxanasında son 2 gün ərzində qiyam başlayıb.
Oxu.Az-ın “Estado de S. Paulo” qəzetinə istinadən verdiyi məlumata görə, bir çox həbsxanada qiyamı yatırtmaq mümkün olub. Ən ciddi qiyam Parana ştatında olan həbsxanada baş verib. Burada qiyamın qarşısı alınarkən 2 məhbus həlak olub.
Qəzet bildirir ki, qiyam qaldırmaqla məhbuslar saxlanılma şəraitlərinin yaxşılaşdırılmasına nail olmağa çalışırlar.