Mənzil Tikinti Koperasiyalarına (MTK) məxsus binalarda 90 mənzil və 101 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul olunub.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.
Qurum rəsmisi bildirib ki, 119 yeni abonentə kod, 30 abonentə kart açılıb, 30 abonentlə təbii qazın alqı-satqısı üzrə müqavilə bağlanıb.
5 qeyri-əhali sektoru üzrə yeni obyektə rəy, 4 yeni obyektə qaz verilib.
Qazın verilməsi üçün MTK-lardan daha 9 ərizə qəbul olunub. (baku.ws)