Dəhşətli təbiət hadisəsinin kiçik bir kənddə baş verməsi mistik izahlara da yol açıb
[quote][/quote]
Bu ilin iyul ayında Qazaxıstanda çəkilmiş video ətrafında mübahisələr hələ də səngiməyib. Videokadrlar sosial şəbəkə istifadəçilərini də şoka salmaqda davam edir. Qazaxıstanın Jarmin rayonunun Kalbatau kəndində əslində nə baş verib? Hamı bu sualın cavabını axtarır. Dəhşətli təbiət hadisəsinin geniş ərazidə deyil, sadəcə, kiçik bir kəndin hüdudları daxilində baş verməsi mistik izahlara da yol açıb. Üstəlik, metereoloqlar da bu hadisəni dürüst şəkildə izah etməkdə çətinlik çəkirlər.
İnsanların mömin kəsimi bunu axirətin əlaməti kimi təqdim edirlər. Onların fikrincə, Tanrı məhz dünyanın axırının yaxınlaşdığını və axirətin belə olacağını xəbər vermək istəyib. Videodan göründüyü kimi cəmi bir neçə saniyə ərzində küləş şiddətlənir, göyün üzünü qara buludlar alır və gündüz zülmət gecəyə çevrilir. Möminlər axirətdə dünyanın məhz belə sürətlə qaranlığa qərq olacağını deyirlər.
Ekspertlərin fikrincə, belə bir təbiət hadisəsi böyük şəhərlərdə baş verərsə, xilasedicilər reaksiya verməyə macal tapmayacaqlar. İtkilər isə yüz minlərlə hesablanacaq.
Alimlər bildirirlər ki, əvvəllər belə qasırğalar qeydə alınmayıb. Onların fikrincə, bu hadisə qlobal istiləşmənin nəticəsidir və onların sayı getdikcə artacaq.