Məclisin deputatı İqbal Məmmədovla bağlı ilginc məlumatlar yayılıb.
Beləki, deputat İqbal Məmmədov Lerik rayonunda yerləşən ona məxsus olan "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb. Yayılan xəbərdə bildirilir ki, yoxlamaya gələn vergi işçiləri və köməyə çağırılan polisləri içəri buraxılmayıb və vergi işçilərinə kütləvi şəkildə döyülərək ağır xəsarətlər yetirilib.
Baş vermiş hadisə ilə bağlı Vergilər naziri Mikayıl Cabbarov məlumatlandırılıb və yaxın günlərdə olayla bağlı müvafiq tədbirlərin görüləcəyi deyilir. unikal.org