Lerikdə yerləşən “Relax” istirahət mərkəzində yoxlamalara başlanıb.
Xəbərə görə, yoxlamalar Vergilər Nazirliyi və Prokurorluq əməkdaşlarının iştirakı ilə aparılır. Aparılan yoxlamalar barədə əlavə məlumat verilməyib.
Hazırda istirahət mərkəzi öz fəaliyyətini davam etdirir.
APA