Dövlət qurumlarında 3,3 milyonluq yeyinti - Nazirlik faktları açıqladı

Azərbaycan Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, dövlət büdcəsindən artıq və əsassız olaraq 3 281 270 manat ödəniş olub.


Nazirliyin məlumatına əsasən, yoxlamalar 1 yanvar 2016-cı il - 27 may 2018-ci il tarixlərini əhatə edib.

Maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması nəticəsində əsassız xərclənən 3 281 270 manat geri qaytarılıb.

Nəzarət tədbirlərinin aparılması üçün əsas Dövlət Təhlükəsizliyi Xidmətinin məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı olub.

Bundan başqa, Səhiyyə Nazirliyinin Mingəçevir Tibb Kollecində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması zamanı 19 240 min manat vəsaitin əsassız olaraq xərcləndiyi aşkar edilib.(oxu.az)