"VAZ 2107" yük maşını ilə toqquşdu: sürücü öldü

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qıraqlı kəndində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil yük maşını ilə toqquşub.

Nəticədə, "VAZ-2107"nin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.