Ana 2 azyaşlı qız övladını körpüdən atdı - VİDEO

Moskvada ana 2 qız övladını körpüdən atıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, sentyabrın 16-da gecə saatlarında bir vətəndaş polisə zəng vuraraq, Pokrovski küçəsində özünü qeyri-adi aparan bir qadının olduğunu bildirib.


Şahid həmçinin qeyd edib ki, qadın marşrut avtobusundan enən zaman sürücünü bıçaqla hədələyib və gözyaşardıcı balondan üzünə qaz püskürdüb. Bir müddət sonra isə o, iki uşağı ilə hərəkət edən maşınların qabağına qaçmağa və övladlarını nəqliyyat vasitələrinin altına atmağa çalışıb. Bu da bəs deyilmiş kimi qadın, 3-4 yaşlarında olan iki qızı 10 metrlik hündürlükdə olan körpüdən yerə atıb.

Məlumatı qəbul etdikdən sonra hadisə yerinə gələn asayiş keşikçiləri şübhəlini orada görüblər. Qadın möhkəm qışqıraraq özünə qəsd etmək istəyib, lakin polis əməkdaşları buna mane olub. Şəxsiyyəti müəyyənləşdirilən 28 yaşlı Dərya Q., şöbəyə aparılıb. Sorğu-sual vaxtı o, heç nəyi dəqiq izah edə bilməyib. Ancaq, Dərya əməkdaşlara uşaqlarının onu öldürəcəyini söyləyib. Hazırda qadın psixiatriya xəstəxanası yerləşdirilib. Müxtəlif dərəcəli baş-bədən xəsarətləri ilə qızları isə dərhal xəstəxanaya çatdırılıblar.