QHT-nin nəzdində Muğam Dünyası klubu fəaliyyətə başlayıb
Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində Muğam Dünyası klubu rəsmi olaraq fəaliyyətə başlayıb. ƏSMİD İB idarə heyətinin qərarına əsasən, yeni yaradılan klubun sədri seçilən Nicat Müslümovun n-xeber.com-a verdiyi məlumata görə, klub milli musiqimiz olan muğamın gənclər arasında təbliğ olunmasına dəstək olaraq yaradılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır... Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür".