İstanbulda keçirilən 39-cu Avrasiya Marafonunda maraqlı hadisə baş verib.
AzBaku.info Xezerxeber.az-a istinadən bildirir ki, marafonun azərbaycanlı iştirakçısı Maqsud Məmmədov Asiya ilə Avropa qitələrini birləşdirən "15 iyul şəhidləri" körpüsünün üzərində dayanaraq sevgilisi Aynur xanıma evlilik təklifi edib.
Gözlənilmədən cibindəki üzüyü çıxararaq sevdiyi qıza doğru uzadan Maqsud Məmmədov onunla evlənmək istədiyini deyib. Sevgilisi Maqsuda yerindəcə "hə" cavabı verib.