Konqo Demokratik Respublikasında sərnişin qatarı qəzaya uğrayıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 13 vaqonluq qatarın 11 vaqonu relsdən çıxaraq yanıb.
Lubudi şəhərində baş verən Qəza nəticəsində azı 33 nəfər ölüb, 30 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu da ehtimal edilir.
Hadisənin səbəbləri araşdırılır.