Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.


AzBaku.org Oxu.Az-a istinadən xəbər verir ki, insident 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.