randa baş verən zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.
AzBaku.ibfo məlumatına əsasən, bu barədə İran telekanalı "Press TV" xəbər verir.
***
09:28
İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə İran telekanalı "Press TV" xəbər verir.
***
09:00
İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara Cəmiyyətindəki mənbə bildirib.
“Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, - deyə mənbə bildirib.
İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardımların göstərilməsi üçün təcili tədbirlər görməyi tapşırıb.
***
08:39
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi.
İraq ərazisində 6 nəfər təbii fəlakətin qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.