İkinci qız uşağı olan ailələrə 10 min manat veriləcək

Ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq. Həmin hesaba 10 mina manat vəsait köçürüləcək”.


Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyib. O bildirib ki, 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında qız uşaqlarının sayının artırılması məsələsi öz əksini tapıb:

"Nəzərə alsaq ki, hazırda Azərbaycan hər 100 doğulan qıza 116 oğlan uşağı düşür. Ancaq ölkədə bioloji norma göstəricisi 105-dir. Bu onu göstərir ki, müəyyən müddətdən sonra qızların sayında azalma müşahidə olunacaq. Bu proses yalnız demoqrafik baxımından deyil, həm də iqtisadi baxımdan arzuolunmayandır. Məhz buna görə, təklif edirik ki, qız uşaqlarının sayının artırılması üçün stimullaşdırıcı metadlar həyata keçirilsin. Nəzərə alsaq ki, inzibati metodlarla qız uşaqlarımnın ana bətnində öldürülməsinin qarşısını almaq mümkün deyil. Çox təəssüf ki, bu, heç bir səmərə vermir. Ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq. Həmin hesaba 10 mina manat vəsait köçürüləcək. Bu təklifimiz Dövlət Proqramına daxil edilib. Həmin vəsait qız uşaqlarının hesabına hissə-hissə köçürüləcək. Bu vəsait məktəb xərcləri üçün istifadə etmək mümkün olacaq. Bu təklif hazırda müəyyən yaş həddində olan ikinci qız uşaqlarına da şamil olunacaq”.

V.Bayramov bildirib ki, sözügedən Dövlət Proqramı layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək.
sfera.az