Portuqaliya yığmasının və “Real” futbol klubunun aparıcı hücumçusu Kriştianu Ronaldu növbəti dəfə ata olub. 32 yaşlı idmançının sevgilisi Corcina Rodriqesin dünyaya gətirdiyi qızın adını Alana Martina qoyublar.
Oxu.Az-ın məlumatına görə, bu barədə futbolçu özünün sosial şəbəkə hesablarından birində yazıb.
Xatırladaq ki, Alana Martina Ronaldunun dördüncü uşağıdır. Bundan öncəki 3 uşağı surroqat analar dünyaya gətiriblər.