Müğənni Günel Zeynalovanı plastik əməliyyatları türk mediasının növbəti hədəfi olub.
Axşam.az xəbər verir ki, bununla bağlı “Milliyyet”, “Takvim” kimi qəzetlər məlumatlar yayımlayıb. Yazılarda sənətçinin bir çox dəyişiklik etdiyi bildirilir:“13 yaşında İbrahim Tatlısəs tərəfindən kəşf edilən “Azəri qızı Günel”in dəyişimi görənləri məəttəl qoyur. 34 yaşına gələn Günel bu illər ərzində qaşlarını aldırıb, burnunu kəsdirib, dodaq və almacıq sümüklərinin formasını dolğu ilə dəyişdirib, son olaraq isə çənəsini uzadıb”.
Həmçinin, müğənninin “Hollivud yanağı” olaraq bilinən üsulla yanaq yağlarını aldırdığı iddia edilir. Günel bədənindəki bu dəyişikliklər üçün “Kiçik toxunuşlar var, ciddi bir əməliyyat keçirməmişəm” deyə, bildirir.