Jurnalist Cavanşir Həsənli Qax rayon İcra Hakimiyyəti ilə bağlı şok doğura biləcək məlumat paylaşıb.
AzBaku.org xəbər verir ki, Cavanşir Həsənli Qax rayonu üzrə “DOST İş Mərkəzi”ndən maaş alanlar arasında icra başçısının qohumunun da adının olduğunu bildirib:
“Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi “qalib”lərindən biri “RENAT-R” MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi QAX ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev Döngə 2, ev 7.-də qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev (Melorasiya və su təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xalası oğlu) bu şirkətə indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalması yönəldib. Bununla işimiz yoxdur.
Məsələ burasındadır ki, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır. Yəni maaş kartı icra başçısının cibində olan yüzlərlə “ölü canlar”dan biri…
Şəmsəddin Xanbabayevin cibinə qoyduğu maaş kartlarını xatırladınızmı?