SON DƏQİQƏ: Trampın impiçmenti elan edildi

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki - "Səlahiyyətlərin aşılması" və "Konqresə mane olma" maddələrinə səs verib.


Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən çoxluq təşkil edən demokratlar D.Trampın impiçmentinə səs veriblər. Respublikaçılar isə impiçmentə qarşı çıxıblar.

Nümayəndələr Palatasında səsvermədən sonra işə Senatda baxılacaq. Belə ki, Senatda D.Trampla bağlı məhkəmə prosesi keçirilməlidir.

Prezidentin hakimiyyətdən kənarlaşdırılması üçün senatorların üçdə ikisinin səsi olmalıdır.

Qeyd edək ki, Senatda respublikaçılar çoxluq təşkil edir və onlar Trampın impiçmentinə səs vermək niyyətində deyil.