Almaniya kansleri Angela Merkel ABŞ-ın “Şimal axını -2” layihəsinə sanksiya tətbiq etməsinə sərt reaksiya verib.
“Bild” nəşri Merkelin Vaşinqtonun sözügedən qərarına “aydın sözlərlə” cavab verdiyini yazıb.
Nəşr, həmçinin, Almaniya kanslerinin ABŞ Prezidenti Donald Trampa “müharibə elan etdiyini” və Merkelin şəxsən dəstəklədiyi layihəyə ABŞ tərəfindən əngəl törədilməsinə göz yummayacağını qeyd edib.