Rusiya azərbaycanlıları İttifaqı Moskva polisi ilə birgə yeni il aksiyası keçirdi

Moskvada keçirilən «Yol» yeni il aksiyasında sürücülərə yol qaydalarına riayət etməyin vacibliyini xatırlatdılar.


Rusiya azərbaycanlıları İttifaqı Moskvanın cənub qərb dairəsi üzrə Daxili İşlər Nazirliyi İdarəsinin nəzdindəki İctimai Şuranın ənənəvi Yeni il aksiyasına qoşuldu. Paytaxtın cənub qərb rayonundakı yol polisi postunda müfəttişlərlə bərabər, «Çestno» siyasi partiyasının sədri Roman Xudyakov, Rusiya azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov, rusiyalı müğənni, «Korni» qrupunun solisti Aleksandr Berdnikov və mərkəzi telekanalların jurnalistləri aksiyanı birgə həyata keçirdilər.

Yol polisi müfəttişinin saxladığı sürücüləri «Polis Şaxta Baba» və Qar qız Yeni İl münasibətilə təbrik edib, onlara yol qaydalarına riayətin vacibliyini xatırlatdılar, yol qaydaları ilə bağlə suvenirləri təqdim etdilər. Qiş nağılı qəhrəmanlarını görən sürücülərin əksəriyyəti isə özləri maşını saxlayıb onlarla şəkil çəkdirdilər. Aksiyada iştirak edən sürücü və sərnişinlərə Rusiya azərbaycanlıları İttifaqı adından bayram hədiyyələri təqdim edildi.

Moskvada hələ də qarın olmamasına baxmayaraq Şaxta baba və onun köməkçiləri şəhərin yollarında bayram əhval ruhiyyəsi yarada bildilər. Qış nağılı qəhrəmanları ilə ünsiyyətdən aksiyada iştirak edən azyaşlı sərnişinlər də sevindilər. «Yol» yeni il aksiyasının bütün təfərrüatı şəkillərdə öz əksini tapdı.
Qeyd edək ki, Rusiya azərbaycanlıları İttifaqı Rusiyanın 30 dan çox regionunda Yeni il və dünya azərbaycanlılarının Həmrəylik günü ilə bərabər xeyriyyə aksiyaları keçirir. Təşkilatın prezidenti Fizuli Məmmədov bu məqsədlə 3 milyon rubl vəsait ayırıb. Rusiya azərbaycanlıları İttifaqı «Rusiya uşaqlarına yaxşılıq et» adlı xeyriyyə tədbirlərini ildə bir neçə dəfə keçirməyi planlaşdırır.
Rusiya azərbaycanlıları İttifaqı Moskva polisi ilə birgə yeni il aksiyası keçirdi