İlkin araşdırmalar zamanı məlum olub ki, Xalidə Kərimova Şamaxı rayon sakinidir və bir neçə gün əvvəl tanış olduğu oğlan tərəfindən qaçırılıb. Artıq həmin oğlanın kimliyi istintaq tərəfindən müəyyənləşdirilib. Lakin hadisə vaxtı həmin oğlan qaçırdığı qızın yanında olmayıb. Ehtimal edilir ki, qızın özünü atdığını görən həmin şəxs qaçıb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
*****
10:09
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Şamaxı rayon sakini, 1995-ci il təvəllüdlü Kərimova Xalidə Elşən qızı özünü Nizami rayonu Qara Qarayev prospekti 25/22 ünvanındakı çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Report-un verdiyi məlumata görə, X.Kərimova bir neçə gün bundan əvvəl Bakı şəhər sakini tərəfindən ailə qurmaq məqsədi ilə qaçırılıb.


