Rusiyanın paytaxtı Moskvada qadın uşağını doğrayıb və daha sonra intihar edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata əsasən, hadisə Podolski Kursantları küçəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü qadının oğlunu öldürdükdən sonra intihar etdiyi bildirilir. Qadın və 4 yaşlı uşağın cəsədinin yanında məktub da tapılıb.
Faktla bağlı araşdırma aparılır.