Çin hökuməti tur paketlərin satışını dayandırdı - Böyük Çin Səddi də bağlandı

Çində hökumət ölkə daxilində və xaricində səyahət üçün tur paketlərin satışının dayandırılması barədə göstəriş verib.


“Bloomberg”in xəbərinə görə, bu məqsədlə Böyük Çin Səddinin bir hissəsi də bağlanıb.
Ölkədə koronavirusun yeni növünün yayılmaması üçün tədbirlər görülür.

20 nəfərdən çox insanın ölümü, 800-dən çoxunun isə virusa yoluxması ilə nəticələnən bu xəstəliyin Çinin turizminə ciddi zərbə vuracağı bildirilir.

Xəstəliyin ilk yayıldığı Uxan şəhərində aviasiya, dəmir yolu və digər nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda, Xubey əyalətinin digər şəhərlərinə də giriş-çıxış bağlanıb.