Şagirdlərin hədiyyəsini görən müəllim göz yaşlarını tuta bilmədi - VİDEO

ABŞ məktəblisinin sosial şəbəkələrdə müəllimlərinə edilən hədiyyə barədə paylaşdığı video böyük marağa səbəb olub.

“Novoye Vremya” xəbər verir ki, müəllimlərinin ayaqqabılarının oğurlandığını öyrənən şagirdləri pul yığıb ona yeni ayaqqabı alıblar.

Bu hədiyyəni görən müəllim göz yaşlarına hakim ola bilməyib.

Həqiqətən də uşaqların dərin sevgisini qazanan insan müəllim adını daşımağa layiqdir.